Şəhər: Bakı
Son tarix: 31 May, 2024

İş barədə məlumat:

• Bank Proqram Təminatında (BPT) ehtiyaclara uyğun məhsul yaradılması.

• Müştəri və biznes dəyərlərinə uyğun rəqəmsal həllərin yaradılmasına dəstək;

• BOKT-nin əsas biznes proqram təminatının idarəedilməsi;

• Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi, digər Biznes strukturlarla razılaşdırılması;

• Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;

• BPT – nin digər sistemlərlə inteqrasiya prosesində iştirak etmək və mövcud inteqrasiyalara nəzarət etmək.

• Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;

• Web interfeysin eskizlərinin hazırlanması;

• Texniki tapşırıq, analiz, dizayn sənədlərinin hazırlanması və tələblər üzrə prioritetlərin müəyyən edilməsi;

• BPT proseslərində risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;

• BPT daxilində işlərin keyfiyyətinə, icra vaxtına nəzarət prosesində iştirak etmək;

• BPT daxilində yeni formalaşan tələblərin tətbiqi;

• Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;

• Dokumentasiya üzrə təqdim olunan veb servislərin test olunması;

• İstifadəçi təlimatlarının hazırlanması.


Tələblər:

Təhsil : Ali

İş təcrübəsi : 3 ildən 5 ilə qədər

Yaş : 25 - 40

Cins : Kişi

• Ali təhsil

• Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;

• Operativ qərarvermə bacarığı və punktuallıq;

• Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;

• Bank sektorunda çalışmış namizədlərə üstünlük verilir;

• SQL, T-SQL ilə işləmə bacarığı arzuolunandır;

• “Loan Workbench” kredit proqram təminatı ilə təcrübə arzuolunandır;

• API ilə işləmə bacarığı (REST, SOAP);

• JSON və XML ilə işləmə bacarığı;

• Apache Web servisləri ilə işləmə bacarığı arzuolunandır;

• Azərbaycan və Rus dilində sərbəst danışıq, İngilis dilində yazışma bacarığı.