Şəhər: Bakı
Son tarix: 01 Iyn, 2024

İş barədə məlumat:

• Hüquq şöbəsindən daxil olan ona təhkim olunmuş işlər üzrə qətnamələr və ya digər sənədlərin reyestrinin təşkili, işlərin araşdırılması və portfel üzrə hər bir işə daimi nəzarət edilməsi;

• Hüquqi məsələlər üzrə şöbənin fəaliyyəti ilə bağlı daxil olan məktub, ərizə və şikayətlərin müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırılması;

• Məhkəmələrlə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;

• Qətnaməsi qəbul olunaraq icraya yönəldilən işlərin izlənilməsi, daimi olaraq icraçıların gördükləri tədbirlər barədə məlumat alınması;

• Ona təhkim olunmuş portfelin gündəlik olaraq təqib edilməsi;

• Problemli kreditlərin idarəedilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.


Tələblər:

Təhsil : Ali

İş təcrübəsi : 1 ildən 3 ilə qədər

Yaş : 22 - 35

Cins : Kişi

• Ali təhsil;

• Hüquq sahəsində 1 ildən az olmayan iş təcrübəsi

• Azərbaycan dilində səlis danışma;

• Məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olması;

• Komandada işləmək bacarığı, stresə dözümlülük və ünsiyyət qurma bacarığı;

• Hüquqi yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olması.


İş qrafiki: l-V gün, saat 09:00-18:00

Əmək haqqı : 700 - 800 AZN

Qeyd: Əmək haqqına əlavə olaraq bonus, nahar ödənişi nəzərdə tutulur.